Üç rayonda yanğın olub -  FHN

10:01 04.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib.

 

Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.