ABŞ-ın İndiana ştatının Lafayette şəhərində 3 yaşlı uşaq tərəfindən güllələnən və bir müddətdir axtarışda olan qətl şübhəlisi özünü ələ verib.
Hafta.az-ın “İnsider”ə istinadən yazdığına görə, ötən cümə axşamı baş verən hadisədə adı açıqlanmayan oğlan uşağı evdə tapdığı silahdan bilməyərək atəş açıb. Uşağın anası Jalinn Artis və Trayşaun Smit yaralanaraq xəstəxanaya yerləşdirildikdə polis məsələdən xəbər tutub.
Xəstəxanaya gedən səlahiyyətlilər, 23 yaşlı Smitin İllinoys ştatında qətlə görə axtarışda olduğunu müəyyən ediblər. Artisin dostu kimi qələmə verilən Smit həbs olunub.
Səlahiyyətlilər xəsarətlərin həyati təhlükəsi olmadığını açıqlayıb, çünki körpə yalnız bir atəş açıb və həm anası Jalinn Artisi, həm də anasının dostu Smiti tək güllə ilə vurub.
Polis uşağın silaha necə əl atdığını və ya onu silahdan atəş açmağa nəyin sövq etdiyini açıqlamayıb.