Ucarda mikroavtobus YANDI

14:52 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Qazax magistralında avtomobil yanıb.

Hafta.az xəbər verir ki, hadisə yolun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı avtomobil anidən alışıb.

Hadisə yerinə FHN-nin əməkdaşları gəlib və yanğın söndürülüb.