Ucarda traktorun qoşqusu yanıb

23:26 21.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ucar rayonunun Yuxarı Şilyan kəndində "БЕЛАРУСЬ" markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılan 1 ton ot bağlaması yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Məlumata görə, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.