Uçqun altında ölən fəhlə ilə bağlı ARAŞDIRMA

15:59 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda 2005-ci il təvəllüdlü şəxsin ölümü ilə bağlı araşdırma başladılıb.

Bu barədə Hafta.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.