UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım etdi

10:48 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

 

Hafta.az-ın məlumatına görə, postda Azərbaycan təmsilçisinin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin qurtarışı yer alıb.

 

Paylaşımda "Qarabağ" H qrupunda irəliləyir. Onların ən yaxşı oyunçusu kimdir?" sualı da ünvanlanıb.

 

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə üz-üzə gələcək. "Köhlən atlar" ilk görüşünü fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə fevralın 24-də Bakıda keçirəcək.