UEFA "Qarabağ" klubuna ödəniş etdi

16:41 06.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

Hafta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, məbləğ Avropa Liqasının qrup mərhələsində qazanılan iki qələbəyə və turnirdə iştiraka görə verilib.

Qurum tərəfindən ayrılan 1 milyon 320 min 105 avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə ölkə çempionunun hesabına köçürülüb.