Ufuk Özkanın səhhəti ağırlaşdı

19:14 20.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli aktyor Ufuk Özkanın səhhəti pisləşib.

Hafta.az xəbər verir ki, bu barədə qardaşı qardaşı Umut Özkan açıqlama yayıb. O bildirib ki, Ufukun üst tənəffüs yolları infeksiyası inkişaf edib və aparılan tibbi müayinələr nəticəsində Influenza A testin müsbət çıxıb.

Həkimlər infeksiyanın aktyorda mövcud olan qaraciyər çatışmazlığını ağırlaşdıra biləcəyi riski olduğunu bildirib. Bu səbəbdən ziyarətlərin məhdudlaşdırıldığı bildirilib.

Umut həmçinin qeyd edib ki, qaraciyər donoru axtarışı davam edir.