Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan Ukrayna gəmilərinin Odessadan çıxmasının ilkin sxemi barədə razılığa gəliblər.
Hafta.az xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli məlumatlı mənbə bildirib.
Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Orada gəmilər rus gəmilərini qarşılayaraq onları Boğaza qədər müşayiət edəcək.
Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb. Türkiyə parlamenti izah edib ki, Ankara bu əməliyyatda iştirak edir, çünki onun üçün dünya ərzaq problemini həll etmək vacibdir.
Məlumata görə, Ukrayna akvatoriyanın razılaşdırılmış hissəsindən minaları təmizləmək və “taxıl dəhlizi” yaratmaq üçün Türkiyə gəmilərinin öz ərazi sularına buraxılmasına razılaşıb.
"Türkiyə hərbçiləri Odessa ərazisində sahil zolağının minalardan təmizlənməsi ilə məşğul olacaq.
Gəmilər Türkiyə gəmilərinin müşayiəti ilə limandan Qara dənizin neytral sularına, müəyyən edilmiş koordinata doğru yola düşür. Boğaza doğru daha da irəliləyəcəklər. Rusiya hərbi gəmilərinin Qara dənizdən təhlükəsiz keçməsini təmin etmək və təxribatların qarşısını almaq üçün müşayiət olunur.
Belə bir sxem Türkiyə və Ukrayna ilə razılaşdırılıb, gəmilərin dəqiq marşrutunu təfərrüatlandırmaq qalır”, - mənbə vurğulayıb.
Qeyd olunur ki, “yol xəritəsi” iyunun 8-9-da təsdiq olunacaq. Danışıqlarda BMT nümayəndələri də iştirak edəcək.