Ukrayna ilə danışıqlar vasitəçilərsiz aparılmalıdır - Rusiya XİN

18:17 13.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk TASS-a müsahibəsində Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunarsa, "çox güman ki, birbaşa olacaq" deyib və vurğulayıb ki, "vasitəçilərin olmaması ən yaxşı variantdır”.

Polişçuk əlavə edib ki, “Qərb vasitəçiləri çox vaxt öz məqsədlərini güdürlər və münaqişənin həlli üçün deyil, öz siyasi və iqtisadi maraqlarından çıxış edərək danışıqların gedişinə təsir göstərməyə çalışırlar”.

Beləliklə, o, Rusiya tərəfinin gələcəkdə mümkün danışıqların birbaşa Ukrayna tərəfi ilə aparılmasına hazır olub-olmaması ilə bağlı sualı şərh edib.