Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı, istefada olan general Ben Qodjes qeyd edib ki, Ukrayna Qərbin vəd etdiyi yardımı göstərmək və anti-Rusiya sanksiyalarını həyata keçirmək şərti ilə 2023-cü ilin avqust ayının sonuna kimi Rusiya tərəfindən işğal olunmuş Krımı azad edəcək.
Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki, Qodjes bu barədə "Tvitter"də yazıb.
“Söz verdiyimizi yerinə yetirməyə davam etsək və sanksiyalara əməl etsək, Ukrayna avqustun sonuna qədər Krımı azad edəcək”, - general belə deyib.
ABŞ-ın Avropadakı ordusunun keçmiş komandanı qeyd edib ki, Qərb Krımı daha geniş məsafədə yüksək dəqiqlikli silahlarla təmin edərsə, Ukrayna Krımı daha tez azad edə bilər.