Ukrayna NASAMS sistemlərini alacaq

09:58 25.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Ukraynaya NASAMS zenit-raket kompleksi və müvafiq avadanlıqları 285 milyon dollara satmağa razılaşıb. ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyinin məlumatına görə, müvafiq sənəd ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib.

Ukrayna hökuməti milli perspektivli NASAMS zenit-raket kompleksinin alınmasını xahiş edib ki, bura: bir AN/MPQ-64F1 Sentinel radarı; Yanğın Paylayıcı Mərkəzi (FDC); işə salanlar; GPS qəbulediciləri; alət dəstləri; əsas hərəkət edənlər; ABŞ hökuməti və podratçılar üçün texniki dəstək aiddir/

“Təklif olunan bu satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün güc olan tərəfdaş dövlətin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək”, - deyə bəyanatda bildirilir.

Dövlət Departamenti qeyd edib ki, Ukrayna təcili olaraq Rusiyanın raket zərbələrindən və aviasiyasından müdafiə imkanlarını artırmalıdır.