Ukrayna ordusu bu vilayəti tam azad etdi

18:27 30.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Ukrayna silahlı qüvvələri Odessa vilayətini Rusiya işğalçı qüvvələrindən tamamilə azad edib. O cümlədən İlan adasında yerləşən İzmayil rayonunun Beloe kəndi də təmizlənib".

Hafta.az xəbər verir ki, bunu  telegram-kanalda Odessa regional hərbi administrasiyanın sözçüsü Sergey Bratçuk bildirib.

"Ukraynaya eşq olsun! Odessa vilayətini rus işğalçılarından tam azad etməsi münasibətilə təbrik edirik. Allah bütün ölkə boyu bunu nəsib etsin. Ukrayna Silahlı Qüvvələrinə eşq olsun! Ukraynaya eşq olsun! Millətə eşq olsun! Düşmənlərə ölüm!" - vilayət rəsmisi belə yazıb.

İyunun 30-da səhər saatlarında xalq deputatı Aleksey Qonçarenko Rusiya işğalçı qoşunlarının Qara dənizdəki İlan adasını tərk etdiyini bildirib.

Bundan əlavə, "Odessa INFO" telegram-kanalı mənbələrinə istinadla bildirib ki, işğalçılar texnikalarının qalıqlarını partladaraq İlan adasını tərk ediblər.

"Mənbələrimiz bildirib ki, İlan adası bu gün belə görünür. Yanır… Və ümumiyyətlə, yanan yalnız ot deyil. Adadan 3 kiçik ölçülü gəminin yola düşdüyü barədə məlumat var. Ada boşdur. İşğalçılar texnikalarının qalıqlarını yandırıb və cəhənnəm olublar" - məlumatda belə deyilir.

Həmçinin iyunun 30-da səhər saatlarında Ukrayna hərbçilərinin Qara dənizdəki İlan adasında “Pantsir C1” raket-top sistemini vurduğu bildirilib. Bundan əlavə, adaya silah tədarükü işğalçılar üçün xeyli çətinləşib.

Odessa hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk əmin edib ki, adaya gedəcək düşmənin hər bir vertolyot “quş”u və ya gəmi məhv ediləcək və İlan adasındakı bölmələrin silahla təchizatı düşmən üçün çox problemə çevrilib.

Bratçuk əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı davam edir. Bununla belə, informasiya sükutu rejimi də davam edir.

Oxunma sayı 246