Yazını böyüt
Yazını kiçilt
Ukrayna tərəfindən Türkiyəyə qarşı növbəti ittiham irəli sürülüb.
Hafta.az Reuters-ə istinadla xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Rusiyanın oğurladığı Ukrayna taxılını alan ölkələr sırasında Türkiyənin də adını çəkib.
Ukraynalı diplomat jurnalistlərə bildirib ki, o, Türkiyə sularından tranzitlə taxıl daşımalarında kimin əli olduğunu araşdırmaq üçün Türkiyə rəsmilərinə və İnterpola müraciət edib.
Qeyd edək ki, hazırda Türkiyə bütün dövlətlərin əksinə olaraq bağlı qalan Ukrayna limanlarının açılması, bu ölkənin taxılının dünya bazarlarına çıxarılması ilə bağlı Moskva ilə intensiv danışıqlar aparır.