Ukraynada 1 gündə 950 RUS ƏSGƏR ÖLDÜRÜLDÜ 

15:05 30.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı amansız işğalçı mügaribəsinin davam etdiyi 249-cu gün Vətəni müdafiə edən qəhrəman ukraynalılar üçün uğurlu olub.

Hafta.az-ın yazdığına görə, Ukrayna Ordusunun Baş Qərargahının bu səhər yaydığı məlumata əsasən, oktyabrın 29-da Silahlı Qüvvələr Rusiya ordusunun 950 əsgərini məhv edib. Bu, ruslar üçün yaydan bəri bir gündə qeydə alınan ən yüksək canlı qüvvə itkisidir. An Müdafiə sistemini, 1 döyüş təyyarəsini, 6 ədəd silahlı PUA-sını, 6 ədəd qanadlı raketini,

Qeyd edək ki, rusların itkisi ən çox Donetsk və Liman şəhərləri ətrafında qeydə alınıb.  

Bundan başqa, Ukrayna ordusu düşmənin 13 tankını, 52 zirehli döyüş maşınını, 16 artilleriya sistemini, 3 ədəd MLRS sistemini, 2 ədəd Hava Hücumundan Müfdafiə Sistemini, 6 ədəd qanadlı raketini, 13 hərbi avtomobilini və 2 ədəd digər hərbi texniukasını məhv edib.

Baş Qərargahın məlumatına əsasən, bununla da müharibənin davam etdiyi 249 gün ərzində Rusiya işğalçılarının Ukrayna torpaqlarında itkisi ümumilikdə 71200 canlı qüvvə, 2672 tank, 5453 zirehli döyüş maşını, 1724 artilleriya sistemləri, 383 MLRS, 197 ədəd Hava Hücumundan Müdafiə sistemi, 274 döyüş təyyarəsi, 252 döyüş helikopteri, 1412 silahlı PUA, 352 qanadlı raket, 16 gəmi, 4120 hərbi avtomobil və yanacaq daşıyan tanker-avtomobil və 154  ədəd xüsusi texniuka sayına yüksəlib.

Siyasət rubrikasından digər xəbərlər