Ukraynada beynəlxalq axtarışda olan İŞİD üzvü tutulub

16:51 17.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Təhlükəsizlik Xidməti Jitomir şəhərində İŞİD terror təşkilatına məxsus silahlı şəxsi zərərsizləşdirib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilən İŞİD üzvü Mərkəzi Asiya ölkələrinin birindən Ukraynaya gələrək gizlənmək istəyib. O, cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Ukraynada daimi yaşayış hüququ əldə etmək istəyib.

Saxlanılan şəxs nəzarət altında saxlanılır. Prokurorluq onun ekstradisiyası ilə bağlı prosedura başlayıb.