Ukraynada girov götürülən azərbaycanlı tələbə azad olundu 

15:41 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada Rusiya hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunub.

Hafta.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, martın 17-dən girovluqda qalan Hüseyn bu gün sərbəst buraxılıb.

Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı Hüseyn Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir.