Ukraynada koronavirusa 3764 nəfər yoluxub, 108-i ölüb

11:42 15.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada son sutkada 392 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 3764 nəfərə çatıb ki, onların 180-nə yaxını uşaqdır.

Son sutkada 10 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 108 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 143 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.