Ukraynadakı münaqişə kritik mərhələdədir - Bayden

12:04 06.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden Ukraynadakı qarşıdurmanın “kritik məqamda” olduğunu bildirib. O əlavə edib ki, dövlətlər Kiyevə maksimum dəstək verməlidir. Hafta.az bu barədə xarici mediaya istinadla yazır.

“İndi Ukraynadakı münaqişə kritik məqamdadır”, - Bayden deyib.

O əlavə edib ki, Vaşinqton qarşıdurmada ukraynalılara kömək etmək üçün əlindən gələni etməlidir.
Bundan əvvəl məlumat verilmişdi ki, dövlətlər Kiyevə daha bir paket silah və hərbi texnika göndərmək niyyətindədirlər. Buraya təxminən 50 Bradley piyada döyüş maşını daxildir.