Ukraynanın bərpasına 800 milyard dollar lazımdır

20:28 03.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın növbəti onillikdə yenidənqurma və iqtisadi inkişaf üçün maliyyə ehtiyacları təqribən 800 milyard dollar həcmində qiymətləndirilir.

Hafta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko Kiyevdə avropalı tərəfdaşlarla iqtisadi danışıqlar prosesini müzakirə edərkən bildirib.

Onun sözlərinə görə, son bir neçə həftədir Ukrayna komandası ABŞ ilə müharibə iqtisadiyyatı və uzunmüddətli rifah və təhlükəsizliyə keçid kontekstində növbəti addımları fəal şəkildə müzakirə edir: "Bizim bir çox qurumlarımız, o cümlədən Dünya Bankı var ki, onlar donor platforması çərçivəsində yenidənqurma və bərpa ehtiyaclarını qiymətləndirmək üçün sistemli iş aparıblar".