Yazını böyüt
Yazını kiçilt
Ukrayna Silahlı Qüvvələri (UAF) əks-hücum əməliyyatına başlayıb, bunu ABŞ hərbi peyklərindən əldə edilən məlumatlar sübut edir. Bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Adı açıqlanmayan ABŞ rəsmiləri iddia edir ki, ABŞ hərbi peykləri UAF mövqelərində aktivlik artdığını qeydə alıblar . Onlar qeyd ediblər ki, peyklərdə artilleriya atəşi və raket buraxılışlarını izləmək üçün infraqırmızı qurğular var.
Mənbələrin fikrincə, əks-hücumun dəqiq başlanğıcını müəyyən etməkdə çətinliklərdən biri döyüşün çox yaxşı deşifrə edilməsi çətin olan hiylələr və ya təxribatlarla başlaya bilməsidir.