Yazını böyüt
Yazını kiçilt
Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, nəticədə bir nəfər - idarənin əməkdaşı yaralanıb. Bu barədə “Reuters” hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.
Partlayışın səbəbləri açıqlanmayıb.
Agentliyin məlumatına görə, insident səfirliyin əməkdaşı məktub apararkən baş verib. Nəticədə o, yüngül bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.