Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdə qalır - Litva Prezidenti

21:04 11.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Litva prezidenti Gitanas Nauseda bildirib ki, Vilnüs və Varşava Avro-Atlantik inteqrasiya yolu ilə Ukraynanı daha da irəli aparmağı zəruri hesab edirlər. O, bu barədə Litvanın LRT milli radiosuna telefonla bildirib.

“Ukraynanın ərazi bütövlüyünün pozulduğu və bərpa edilməli olmasına baxmayaraq, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalır”, - deyə o bildirib.

Nausedanın mətbuat xidmətinin məlumatına görə, o, həmçinin bildirib ki, Litva və Polşa Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyir və “müttəfiqlərin bu məsələdə konsensusa gəlməsini” təmin etməyə çalışırlar.

Litva prezidenti NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammiti zamanı da müsbət irəliləyişlərə ümid etdiyini bildirib.