Ukraynanı rus işğalçılarından azad etmək üçün Ukrayna Silahlı Qüvvələrinə müasir qırıcılardan ibarət dörd eskadrilya lazımdır.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bəhs edilir.
“ “F-16”-ların 4 eskadrilyası (48 təyyarə) ölkəmizi işğalçıdan azad etmək üçün vacib lazım olan şeydir”, - məlumatda belə deyilir.
Ukraynanın müasir “F-16” qırıcıları ilə təmin olunması ilə bağlı danışıqlar uzun müddətdir ki, gedir. Lakin Ukraynanın əsas tərəfdaşı olan ABŞ-dan heç bir razılıq olmayıb. Bununla belə ötən gün ABŞ prezidenti Co Bayden bu təyyarələri idarə etmək üçün ukraynalı pilotların hazırlanmasına icazə verib. Bu həm də Ukrayna Silahlı Qüvvələrinə bu qırıcıların gələcək təminatını nəzərdə tutur.
Mayın 24-də Pentaqon bəyan edib ki, ukraynalı pilotların təlimi və döyüş təyyarələrinin Ukraynaya ötürülməsi orta və uzunmüddətli dövr üçün nəzərdə tutulub.
Pentaqonun sözçüsü Pet Rayderin sözlərinə görə, təyyarələr rus işğalçılarına qarşı mübarizədə qısamüddətli məqsədlərə nail olmaqda iştirak etmir.
Eyni zamanda, “F-16”-larla bağlı məlumat hələ açıqlanmayıb, yalnız o, məlumdur ki, ABŞ müttəfiqləri ilə birlikdə Ukraynadan olan pilotların hazırlanmasında iştirak edəcək.