Ümumilikdə 241651 nəfər COVID-19-a yoluxub, 3298 nəfər vəfat edib

15:00 16.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda indiyədək ümumilikdə 241 651 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 nəfərdir.