Yazını böyüt
Yazını kiçilt
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi başa çatdırılıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) hafta.az-a bildirilib.
Sentyabrın 24-də isə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.