ÜST Azərbaycanda beynəlxalq vaksin planı hazırlanmasına texniki dəstək verir

11:38 16.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVİD-19-a qarşı Azərbaycana hansı vaksinin gətirilməsindən asılı olmayaraq, onun çox faydalı olacağını hesab edirik.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, ÜST vaksinasiya ilə bağlı prosesləri izləyir:

"ÜST təcili durum şəraitində bu vaksinlərin alınması üçün gərəkli tövsiyələrini çox yaxın vaxtlarda dünyaya açıqlayacaq”.

H.Harmancı qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya planı hazırlanır:

“Biz də buna texniki dəstək veririk. Çox yaxın vaxtlarda bununla bağı ÜST eksperti də Azərbaycana gələrək hökumətə yardım edəcək. Bu vaksinin nə zaman və nə qədər alınacağı da çox önəmlidir”.