ÜST yeni növ koronavirusu mövsümi xəstəlik hesab etmir

17:27 10.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun səbəb olduğu xəstəliyin mövsümi olduğunu hesab etmir.

Hafta.az-ın məlumatına görə, bunu ÜST-ün eksperti Mariya van Kerkhove deyib.

Onun sözlərinə görə, virus haqqında hər gün yeni məlumatlar ortaya çıxır:

“Virus heç yerə getməyib. Onun mövsümi olmasını göstərən hər hansı bir əlamət də mövcud deyil. Virus sirkulyasiyasını davam etdirir və əhalinin əksər hissəsi onun qarşısında həssasdır. Ona görə də biz yoluxmannın qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.

M.van Kerkhove insanları ölkə hökumətlərin təlimatlarına əməl etməyə və yoluxma riskini azaltmaq üçün addımlar atmağa çağırıb:

“Əgər sizdən evdə qalmağı xahiş edirlərsə - evdə qalın. Nəqliyyatda və mağazalarda maska taxmağı xahiş edirlərsə - maska taxın. Pis ventilyasiyalı binalardan uzaq durmaq imkanınız varsa – uzaq durun. Bu yolla siz təkcə özünüzü yox, həm də potensial risk qrupuna daxil olanları qoruyursunuz”.

Oxunma sayı 3179