Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib.
Hafta.az xəbər verir ki, Rusiya mediasının məlumatına görə, bu haqda Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.
"Federasiya Şurasının sədri Valentina Matvienkonun başçılıq etdiyi Federasiya Şurasının nümayəndə heyəti Ermənistan Respublikasına rəsmi səfərə gəlib. Proqrama Valentina Matvienko ilə ölkə rəhbərliyi arasında görüşlər daxildir", - Federasiya Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.
O cümlədən, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüş planlaşdırılır. Matvienko və Simonyan həmçinin Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan Respublikasının Milli Assambleyası arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 39-cu iclasını açacaqlar. Əsas mövzu “Böyük Qələbənin 80 illiyi: gələcək nəsillərin tarixi yaddaşının qorunmasında birlik”dir.
Federasiya Şurasının nümayəndə heyətinə Federasiya Şurasının sədr müavini Yuri Vorobyov, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Vladimir Bulavin, Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabrov, Sosial Siyasət Komitəsinin sədr müavini Yuliya Lazutkina, Federal Quruluş, Şimal Regional Siyasət və Regional İdarəetmə Komitəsinin sədr müavini Aleksandr Uss, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Aleksandr Karelin və Sosial Siyasət Komitəsinin üzvü Andrey Çernışev daxildir.