Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr edilmiş konsert olub

15:35 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar Vasif Adıgözəlovun 90 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim olunub.

Filarmoniyadan hafta.az-a bildirilib ki, konsertdən əvvəl Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisində yeri və milli-mənəvi dəyərlərin təbliğindəki rolundan bəhs edib.

Konsertdə Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Proqramda Vasif Adıgözəlovun 3 saylı Simfoniyası və monumental “Odlar yurdu” oratoriyası səsləndirilib.

Oratoriyanın ifasında Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), solistlər – Selcan Fermor-Hesketh (soprano), Mahir Tağızadə (bariton) və qiraətçi Elşən Rüstəmov iştirak ediblər.