Vaşinqton Pxenyan ilə danışıqların bərpasına hazırdır

14:35 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ dövlət katibinin müavini Stiven Biqun bildirib ki, Vaşinqton Pxenyan ilə bundan sonrakı dialoqa hazırdır. Lakin o, Seula səfəri zamanı Şimali Koreya administrasiyasından olan rəsmi şəxslərlə görüş üçün əlaqə qurmağa cəhd etməsi barədə məlumatı təkzib edib.

Hafta.az xəbər verir ki, Vaşinqtonun Şimali Koreya üzrə xüsusi nümayəndəsi qismində çıxış edən Biqunun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında yüksək səviyyəli görüşlər zamanı qaldırılan məsələlər, o cümlədən Koreya yarımadasında möhkəm sülhün yaradılması və nüvə silahının ləğvi məsələləri, əvvəlki kimi Birləşmiş Ştatların diqqət mərkəzindədir.

Koreya yarımadasında yerləşdirilən 28500 amerikalı hərbi qulluqçuya münasibətdə Seul və Vaşinqton arasında xərclərin bölüşdürülməsinə dair davam edən danışıqlar iki müttəfiq arasında mübahisəli məsələ kimi qaldığına baxmayaraq, çərşənbə günü Biqun Birləşmiş Ştatların Cənubi Koreya ilə bağlı hərbi öhdəliklərini bir daha təsdiqləyib.

Oxunma sayı 1770