Bu il 4800-dən çox stasionar reabilitasiya xidməti göstərilib.
Hafta.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Bahadur Rzayev "Sosial saat"da deyib.
O bildirib ki, 1300-ə yaxın ambulator reabilitasiya xidməti təmin edilib:
"Eyni zamanda 4500-ə yaxın icma əsaslı reabilitasiya xidməti göstərilib. 6200-ə yaxın vətənda onlayn seanslara cəlb olunub. Sosial psixoloji dəstək layihəsi çərçivəsində isə 766 nəfər xidmətlərə cəlb olunub. Ümumilikdə 17 mindən çox xidmət vətəndaşlara təqdim olunub".
Şöbə müdirinin sözlərinə görə, bu ilin ilk 5 ayı ərzində isə 5411 nəfərə 23 min 910 reabilitasiya vasitəsi verilib.
Bahadur Rzayev deyib ki, yanvarın 24-dən bəri reabilitasiya xidməti almaq üçün 8500-dən çox vətəndaş rezervasiya formalaşdırılıb. O qeyd edib ki, vətəndaşlar şəxsiyyət vəsiqələri ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yaxınlaşmaqla istədikləri tarixləri seçib, rezervasiya edə bilərlər:
"Bunun üçün əks-göstərişin olub-olmaması müəyyənləşdirilir".