VIII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir - FOTO

17:39 05.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeddinci iclasda "Gənclər danışır, biz dinləyirik" mövzusunda geniş müzakirələrə başlanıb.

Azərbaycanın paytaxtında “COVID-19-dan sonrakı dünya" mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu noyabrın 5-də işini panel iclasları ilə davam etdirir.

Hafta.az xəbər verir ki, Forumun "Gənclər danışır, biz dinləyirik" mövzusunda keçirilən yeddinci panel iclasında gənclərin dünyadakı qlobal problemlərə və onların həllinə baxışları müzakirə edilir.

İclas Ukraynanın 2005-2010-ci illərdə Birinci xanımı olmuş Katerina Yuşşenkonun moderatorluğu ilə keçirilir.