"eBay"ın keçmiş prezidenti Ceffri Skoll 10 ildən çox müddətdir ki, pandemiyanın araşdırması ilə məşğul olub.
Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər ən çox izlənən filmlər siyahısında yer alan "İnfeksiya" filminə prodüserlik edən Ceffri 100 milyonunu infeksiyanı araşdırmağa xərcləyib.
Ötən ilin sonunda Çinin Uhan şəhərində yaranan koronavirus infeksiyasını öyrənəndən sonra isə milyarder onun təmizlənməsi üçün milyonlar xərcləyib. O, pandemiyanın yox edilməsi üçün əlindən gələni əsirgəmir.
Skoll 20 ildən çoxdur ki, milyarderdir. O, "eBay"ın aksiyalarını aldıqdan sonra var-dövlətini artırmağı bacarıb. 2001-ci ildə şirkətdən qovulan biznesmen filmlərə profdüserlik etməyə başlayıb. Onun maddi dəstək olduğu "İnfeksiya" filmi 2011-ci ildə lentə alınsa da, bu il ən çox izlənən ekran işi olub.
Bu ilin əvvəlində isə 55 yaşlı Skoll COVİD19-la mübarizə fonduna 200 milyon dollar bağışlayıb.