Yazını böyüt
Yazını kiçilt
Xaçmazda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Nabran kəndində ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb.
Yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.