Xalq artistinin adından dələduzluq edilib - VİDEO

11:17 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.

Hafta.az xəbər verir ki, mərc oyunları reklam edən səhifələrdən biri müğənninin fotosunu götürərək, süni intellektlə ondan video düzəldib.

Aygün Kazımovanın prodüseri Ruslan Ağayev səhifəyə mesaj yazaraq, videonun silinməsini istəyib. O bildirib ki, video tezliklə silinməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəklər. /Axşam.az/