Yazını böyüt
Yazını kiçilt
Rusiyanın ən böyük ictimai bankı olan "Sberbank"ın sədri German Qref istehlak kreditlərindəki tarixi artışın “şar” risqi yaratdığını deyib.
Hafta.az-ın yazdığına görə, avqustun 1-də istehlak kreditlərinin həcmi 23 trilyon rublu (318 milyard dollar) keçib.
Rusiya Mərkəzi Bankının məlumatlarına görə, banklar ilin əvvəlindən bu günədək real müştərilərə 3,12 trilyon rubl yeni kredit verib. Son 12 ayda isə bi rəqəm 4,776 trilyon rubla yüksəlib.
Beləcə, Rusiyada xalqın banklara olan toplam borcu son bir ildə 26 faiz artaraq 23,16 trilyon rubla çatıb və ölkə tarixində ilk dəfə olaraq real müştəriyə verilmiş kreditlərin həcmi 25,82 trilyon rubladək yüksəlib.
Bu arada, kreditlərin 30,3 faizi, maaşının 80 faizdən artığını banklara borc qaytaran vətəndaşlara verilib.