“Xaricdə Əlcəzairə qarşı sui-qəsd hazırlayırlar” – Prezident Tebbun

09:00 06.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Prezidenti Abdülməcid Tebbun xarici gücləri ölkəsinə qarşı “sui-qəsd” hazırlamaqda, Əlcəzairin “böhran” səbəbilə 2027-ci ilə çatmayacağına mərc etməkdə günahlandırıb.

Hafta.az-ın yazdığına görə, Əlcəzair Prezident Admnistrasiyası tərəfindən yayımlanan videolarda Tebbun deyib: “Bir çox əsgər var və bəlkə də onlar arasında and içiblər ki, Əlcəzair 2027-ci ilə çatmayacaq, çünki o ilə çatmaq ölkənin güclü iqtisadi toxunulmazlıq əldə etməsi deməkdir. Əlcəzair hərbi hədəfdir və uzaqdan onun ordusundan qorxurlar. Ordumuz dinc, müdafiə ordusudur, yalnız təhlükəsizliyi və sərhədləri müdafiə edir. Biz heç kimə hücum etməyəcəyik, lakin bizə hücum edən hər kəs öz hərəkətlərinin nəticələrini yaşamalıdır. Onlar bizə qarşı sui-qəsd hazırlayırlar və deyirlər ki, Əlcəzairi öz yerinə qoymaq lazımdır, çünki o, qorxu mənbəyinə çevrilib”, - Tebbun deyib.