Yazını böyüt
Yazını kiçilt
Xətaidə 5 otaqlı evdə yanğın olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 120 m² olan 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yüksək temperaturdan 6-cı mərtəbədə mənzilin eyvanında 1 ədəd pəncərə çərçivəsi və kondisionerin mühərrik hissəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.