Xəzər dənizində silahdan istifadəyə qadağa qoyulmalıdır!

09:07 23.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın paytaxtı Astanada ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və Türküstan bölgəsində biomüxtəlifliyin qorunması ilə bağlı məlumatlılığı artırmaq və siyasət hazırlamaq məqsədi ilə Regional Ekologiya Zirvəsi (RES2026) başlayıb. Zirvə görüşü 22-24 aprel tarixlərində keçiriləcək.

Hafta.az yazır ki, Kazinform-un məlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdəki açılış nitqində Türküstanın su qıtlığı, səhralaşma, hava çirkliliyi və biomüxtəlifliyin azalması problemləri ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Tokayev çıxışında təmiz hava, sağlam su və çirklənməmiş torpaq uşaqların gələcəyi üçün narahatlıq doğurduğunu vurğulayaraq bildirib ki, "Xəzər dənizi ölkəmiz üçün ən vacib məsələlərdən biridir. Xəzər dənizinin qorunması bölgənin ekoloji tarazlığının və biomüxtəlifliyinin qorunması üçün böyük əhəmiyyət kəsb edir".

Xəzər dənizinin deqradasiyasının qarşısını almaq üçün Xəzər Dənizi Tədqiqat Mərkəzi yaratdıqlarını qeyd edən və Xəzəri "unikal irs" adlandıran Tokayev bildirib ki, "Bütün regional və beynəlxalq maraqlı tərəflər Xəzər dənizinin qorunması üçün məsuliyyət daşımalıdırlar. Bu kontekstdə Xəzər dənizi silahsızlaşdırılmalıdır".

Türküstan bölgəsindəki səhralaşmaya diqqət çəkən Tokayev su ehtiyatlarının rasional və ədalətli idarə olunmasının vacibliyini vurğulayıb.

Zirvə görüşü Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan prezidenti Sadır Japarov, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Monqolustan prezidenti Uxnaa Xurelsux, Gürcüstan prezidenti Mixeil Kavelaşvili, Ermənistan prezidenti Vahaqn Xaçaturyan və Azərbaycanın Baş naziri Əli Əsədov da daxil olmaqla bir çox dövlət başçısının iştirakı ilə keçirilir.