Xəzərdə zəlzələ olub

22:41 22.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 22-də Xəzər dənizində zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 22.09-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələ ocağı Yerin 50 kilometr dərinliyində yerləşib.