Xəzərdə zəlzələ qeydə alınıb

10:10 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə hafta.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3.1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 08:47-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 53 kilometr olub.

Xatırladaq ki, ötən gün Cəlilabad rayonunda 3.6 bal gücündə zəlzələ qeydə alınıb.