Yazını böyüt
Yazını kiçilt
Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.
Rayon Polis İdarəsində araşdırma aparılır.