Xırdalanda qətlə görə yeniyetmə saxlanıldı

13:34 24.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xırdalanda qətl törədən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.