Xocalı Soyqırımı ilə bağlı Niderland Parlamentinə edilən müraciət qəbul edilib - FOTO

12:41 30.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland Üzrə Əlaqələndiricisi Mayisə Ağamirzəyevanın Niderland Parlamentinə Xocalı Soyqırımı ilə bağlı etdiyi muraciət qəbul edilib.

Hafta.az xəbər verir ki, parlamentin Xarici İşlər Kommisiyasına ünvanlanan müraciətdə Xocalı haqqında petisiyanın təqdim olunması haqqında görüş istəyi qeyd olunub.

Ötən gün PVDA partiyasının üzvü ve həmçinin komissiyanın sədri xanım Attje Kuiken, komissiya üzvlərindən CDA partiyası üzvü Aqnes Mulder ve Denk Partiyası üzvü Tunahan Kuzu, SP və Bijeen partiyası üzvləri də iştirak ediblər. Xocalı Soyqırımı haqqında petisiyanı təqdim etmək üçün görüşdə, görüşün təşəbbüskarı və təşkilatçısı Mayisə Ağamirzəyeva, Azərbaycan Qaçqınlar cəmiyyəti və Qərbi Azərbaycan icmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva, Beniluks azerbaycanlıları Konqresinin Baş məsləhətcisi Lamiyə Babayeva, Niderland Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Frəngiz Bağırova, Hollanda Azərbaycan Türk Mədəniyyət mərkəzinin sədri İlhan Askin, diaspor fəallarından Günay Quliyev, Surə Gündoğdu və İnci Əlizadə də iştirak ediblər.

Komissiya üzvlərinə Xocalı Soyqırımı haqqında geniş məlumat verilərək bu mövzunun Parlamentin iclasının gündəliyinə salınması xahiş edilib. Həmçinin Haaqadakı Xocalı Monumenti ve o gecədə həlak olanlar haqqında məlumat verilərək Niderland Parlamentinin ədalətinə güvənildiyi bildirilib.

Görüşün sonunda Xocalı haqqında petisiya ve cakylardan ibarət kitablar ve DVD-lər xanım Kuikenə təqdim olunub. Komissiya sədri petisiyanın bütün üzvlərə çatdırılacığını bildirərək mövzunun iclaslarında müzakirəyə çıxaralacığını, nəticə haqqında Mayisə Ağamirzəyevaya məlumat veriləcəyini bildirib.