Xocalı canisi Köçəryan fəallaşdı - komanda üzvlərini başına topladı

20:36 23.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Robert Köçəryanın başçılıq etdiyi “Hayastan” alyansının deputatları dünəndən etibarən Byurakandakı “Amberd” otel kompleksindədirlər. Əsas müzakirə mövzuları yayda kəsilən Paşinyana inamsızlıq ifadəsi prosesi və payızda aktivləşdiyini elan edən arxiyepiskop Baqratın rəhbərlik etdiyi hərəkata münasibətdə siyasətin hazırlanması olub.

Hafta.az xəbər verir ki,  bu haqda “Hraparak” məlumat yayıb.

“Təbii ki, danışıqlar prosesində Ermənistanın xarici siyasət məsələləri və problemləri də müzakirə olunacaq. Əldə etdiyimiz məlumata görə, fraksiya tam tərkibdə iştirak edir, müzakirələrə Robert Köçəryan, Seyran Ohanyan və İşxan Sağatelyan rəhbərlik edəcək. Dünən bəzi fraksiya deputatları ilə danışmaq istəsək də, onların çoxu zənglərə cavab vermədi. Yalnız Aqnes Xamoyanla qısa telefon danışığı aparmaq mümkün olub, o bildirib ki, “hazırda fraksiya iclası keçirilir və o, heç bir detalı bölüşə bilməz”, - deyə erməni nəşri yazır.