Yazını böyüt
Yazını kiçilt
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat xidmətinin Quba regional qrupundan hafta.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 80-220 sm olan 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.