Yazını böyüt
Yazını kiçilt
"Sədərək" ticarət mərkəzindəki yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, saxlanılan şəxslər müxtəlif məişət əşyalarını “öz obyektimizdən çıxarırıq, yanmasın”, deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər. Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.
Araşdırmalar aparılır.