Yanğınla bağlı Azərbaycandan Türkiyəyə nümayəndə heyəti gedib

11:05 02.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanğınla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

FHN-dən hafta.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.

FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə, bu gün səhər Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyəyə gedib.

Oxunma sayı 526
Gündəm rubrikasından digər xəbərlər