“Yapon neo-militarizmi sürətlə yayılır” – Qo Ciakun

15:40 24.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Yaponiya neo-militarizmi sürətlə və təhlükəli şəkildə yayılır, bu, artıq bir fakta çevrilib və sülhə real təhdidlər yaradır”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Ciakun mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

Qo Ciakun qeyd edib ki, Çin də daxil olmaqla, regiondakı ölkələr yapon militarizminin yenidən canlanmasına yol verməməli, tarixi faciələrin təkrarlanmasının qarşısını almalı və hər hansı bir qüvvənin bölgədə sülhü pozmasına mane olmalıdırlar.